aa

16:16 12 Noyabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda yaşayaış evinin uçmasının səbəbləri bəlli olub.

ANS PRESS-in məlumatına görə, Göytəpəşəhərində qəzalı vəziyyətdəki bir əsrə yaxın yaşı olan ikimərtəbəli yaşayış binasının uçmasına səbəb son günlər müşahidə edilən leysan yağışları olub.

Binanın uçması nəticəsində evsiz qalan 16 ailəyə uşqundan sonra yaxın ərazidə 8 çadır quraşdırılıb. Eyni zamanda sakinlərə rayon peşə liseyinin yataqxanasına köçmək təklif edilib. Amma sakinlər təklif edilən yerlərə köçmək istəmədiklərini deyiblər.



ANS PRESS-ə müsahibəsində zərərçəkən bina sakini Münəvvər Nəsirova bildirib ki, xəstə olduğu üçün çadırda qala bilməyəcək.
Digər zərərəçəkən Rövşən Nəcəfov isə rayon peşə liseyinin yataqxanasına köçməkdən imtina edir. Onun sözlərinə görə, liseyin damı uçub, içi pis vəziyyətdədir. Orada şərait yoxdur.



Əhalinin yerləşdirilməsi Cəlilabad rayon icra hakimiyyətinin və rayon Fövqəladə Hallar Komissiyasının diqqət mərkəzindədir. Komissiya sədri Vidadi Dövlətov ANS PRESS-ə bildirib ki, hadisə baş verəndən dərhal sonra aidiyyatı qurumlar məlumatlandırılıb, xəstəsi olan ailələr kirayə mənzilə köçürülüb, bəziləri qohum evlərində yerləşdirilib. Onun sözlərinə görə, sakinlərin təkliflərini də dəyərləndirməyə hazırdılar.
Hazırda bina sakinləri uçmuş binadan zəruri məişət əşyalarının köçürülməsini həyata keçirir.



Ötən əsrin əvvəllərində taxta və çiy kərpicdən tikilmiş bina əsrin ortalarına kimi həm də xəstəxana kimi istifadə edilib və uzun illər ərzində bir dəfə də olsun əsaslı təmir edilməyib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=364613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR