Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına Rusiyanın yanaşması dəyişməz qalır. APA-nın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın həm Azərbaycan, həm də Ermənistan ilə sıx münasibətləri var: “Rusiya hər iki tərəfə zərər vura biləcək bir fəaliyyət göstərmir. Münaqişənin nizamlanmasına bizim yanaşmamız dəyişməz qalır və mən bunu bir daha təsdiqləyirəm”.