Azərbaycanda Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim verilib

Azərbaycanda Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim verilib
09:57 13 Noyabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim edilib. Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.
DQİDK Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər. 
Şöbənin əməkdaşları Timur Balayevə DQİDK-nin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim ediblər. Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu ilin iyul ayında DQİDK-nin maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası ilə Qurani-Kərim çap edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/din/azerbaycanda-gozden-eliller-cemiyyetine-brayl-elifbasi-ile-nesr-edilmis-qurani-kerim-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR