Bakı, 4 fevral , Z.Mansurova, AzərTAc
Fevralın 4-də Azərbaycan Yazılar Birliyinin (AYB) “Natəvan” klubunda Türkiyənin “Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi” (İLESAM) arasında müştərək əməkdaşlığa dair müqavilə imzalanıb.
AzərTAc xəbər verir ki, sənədi AYB-nin sədri, xalq yazıçısı Anar və İLESAM-ın sədri Mehmet Nuri Parmaksız imzalayıb.
Müqavilədə ədəbiyyat sahəsində hər il ən azı iki əsərin qarşılıqlı tərcüməsi və yayımlanması, “XXI əsr Türkiyə-Azərbaycan şeir və hekayə antologiyası”nın birlikdə hazırlanması və digər zəruri tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sonda türk və Azərbaycan şairləri öz əsərlərindən nümunələr səsləndiriblər.