Azərbaycan bəzi məhsulların aksiz dərəcələrini artırır

Azərbaycan bəzi məhsulların aksiz dərəcələrini artırır
16:43 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycanda ölkədə istehsal olunan tütün məmulatlarının və spirtli içkilərin aksiz dərəcələrinin dəyişdirilməsi təklif edilir. Bu barədə parlamentin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunan "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində deyilir.

Hazırda bütün növ tütün məmulatlarının dəyərində aksizlərin payı 12,5 faiz təşkil edir.

Dəyişikliklərə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 100 ədədinin dəyərində aksizin payı 10 manat, siqaretlər və onların əvəzləyiciləri üçün isə hər min ədədinə görə 4 manat müəyyən edilməsi təklif edilir.

Bundan əlavə, spirtli içkilərin dəyərində aksizlərin payının artırılması təklif edilir. Beləliklə, içməli spirt, araq, likör, tünd içkilərdə aksizin payı 2 manat, konyakın və konyak məmulatlarının dəyərində 6 manat, şampan şərabının dəyərində 2,5 manat, pivənin və digər pivə içkilərinin dəyərində isə 0,2 manat olmalıdır.

Hazırda spirtli içkilərin dəyərində aksizin payı belədir: içməli spirt - 0,8 manat, araq, likör, tünd içkilərdə - 0,5 manat, konyakın və konyak məmulatlarının dəyərində 0,2 manat, şampan şərabının dəyərində 0,2 manat, pivənin və digər pivə içkilərinin dəyərində 0,08 manat, şərab və şərab materiallarının dəyərində isə 0,1 manat.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR