Xəzər dənizində boğulan balıqçılardan sonuncusunun da cəsədi aşkarlanıb

Xəzər dənizində boğulan balıqçılardan sonuncusunun da cəsədi aşkarlanıb
13:48 13 Noyabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən balıqçı, rayonun Tikanoba kənd sakini Laçın Laçınovun cəsədi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, doqquz gün əvvəl iki balıqçı yoldaşı ilə dənizdə boğulan L.Laçınovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
İtkin düşən balıqçılardan Həmzə Nurəddinovun cəsədi noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin xilasediciləri tərəfindən Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanmışdı.
İtkin düşən digər balıqçı Uzunoba kənd sakini İlqar Daşdəmirovun cəsədi isə noyabrın 12-də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_denizinde_bogulan_baliqchilardan_sonuncusunun_da_cesedi_askarlanib-901693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR