Kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" seminarı

Kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" seminarı
16:03 13 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilatçılığı ilə "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən kommersiya banklarının nümayəndələri üçün "Fraud Clinic Event" mövzusunda seminar keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, seminarda ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları, o cümlədən bu sahədə son trendlər haqqında məlumat verilib.
Seminar zamanı "MasterCard Worldwide" beynəlxalq kart təşkilatı tərəfindən ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirləri açıqlanıb, bu sahədə beynəlxalq təcrübə bölüşülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kommersiya_banklarinin_numayendeleri_uchun__quotFraud_Clinic_Event_quot_seminari-901755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR