Mübariz Qurbanlı: Falçılığın ləğvi ilə bağlı qərar layihəsi yoxdur, bu, qərarla həll olunmur

Mübariz Qurbanlı: Falçılığın ləğvi ilə bağlı qərar layihəsi yoxdur, bu, qərarla həll olunmur
16:48 13 Noyabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən falçılığın ləğv olunmasını nəzərdə tutan qərar layihəsi hazırlanmayıb, belə bir söhbət yoxdur. Falçılığın ləğv olunması qərarla həll olunmur”.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı falçılığın qadağan olunması ilə bağlı yeni qərar layihəsinin hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, falçılıq, yalançı ekstrasenslik, cadugərlik və digər əməllər Cinayət Məcəlləsində dələzduluqla bağlı müddəada öz əksini tapıb.

M.Qurbanlı bildirib ki, komitə yalnız falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməllərinin Cinayət Məcəlləsinin dələduzluq müddəasından çıxarılıb buraya ayrıca bir maddə kimi daxil edilməsi təşəbbüsünü qaldırır: “Bununla bağlı qərar layihəsi yoxdur. Biz sadəcə deyirik ki, falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməlləri dələduzluq müddəasından çıxarılıb ayrı bir maddə kimi həm Cinayət Məcəlləsinə, həm də İnzibatı Xətalar Məcəlləsinə daxil edilsin. Biz təşəbbüs irəli sürmüşük ki, maarifləndirmə aparaq, hüquqi baxımdan da onu dələduzluq müddəasından ayırıb konkretləşdirək. Biz bu təklifi vermişik. Ola bilər ki, Milli Məclisdə bu təklifə deputatlar, hüquqşünaslar baxsınlar. Bu, qanunvericilik qaydasında Milli Məclisdə də hazırlana bilər. Biz də qanunvericilik təşəbbüsü ilə hökumətə belə bir ideya verə bilərik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2456087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR