Füzuli Dövlət Dram teatrı əsgərlər qarşısında çıxış edib

Füzuli Dövlət Dram teatrı əsgərlər qarşısında çıxış edib
20:53 13 Noyabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı 12 noyabr - Konstitusiya Günü ilə əlaqədar “N” saylı hərbi hissədə tamaşa-tədbir proqramı ilə çıxış edib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə teatrın repertuarında yer alan, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, Adışirin Səfərlinin “Fantan ərə gedir”, Məhərrəm Əlizadənin “Toy kimindir” tamaşalarından səhnəciklər göstərilib.
Bu tamaşaların quruluşçu rejissoru Asif Şirinovdur. Əsas rollarda Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova və başqaları çıxış edirlər.
Aparıcıların və musiqiçilərin çıxışları hərbi hissənin kollektivi tərəfindən yüksək dəyərləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_Dovlet_Dram_teatri_esgerler_qarsisinda_chixis_edib-901958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR