​Roma papası Azərbaycanda işləyən arxiyepiskopa yeni vəzifə verib

​Roma papası Azərbaycanda işləyən arxiyepiskopa yeni vəzifə verib
22:32 13 Noyabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Roma papası Fransisk vaxtikən Azərbaycanda işləmiş arxiyepiskop Klaudio Qucerottini Vatikanın Ukraynadakı Apostol nunsisi vəzifəsinə təyin edib.
"Report" xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytı məlumat yayıb.
O bu vəzifədə ABŞ-dan olan arxiyepiskop Tomas Qalliksonu əvəz edib.
K.Qucerotti 7 oktyabr 1955-ci il tarixində İtaliyanın Verona şəhərində doğulub.
O, 2001-ci ildən başlayaraq Ermənistan, Gürcüstan, Azərbaycan və Belarusda Apostol nunsisi vəzifəsini tutub.

Xəbərin orijinal ünvanı: http://report.az/din/roma-papasi-azerbaycanda-isleyen-arxiyepiskopa-yeni-vezife-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR