x
Loading...
.

"Dönüşüm bundan da yaxşı olacaq" - "Kəpəz"in futbolçusu

"Dönüşüm bundan da yaxşı olacaq" -   "Kəpəz"in futbolçusu
00:32 14 Noyabr 2015
47 İdman
Ölkə mətbuatı
A- A+
.

“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko ölkəmizi tərk edərək Braziliyaya yola düşüb. Fanat.az xəbər verir ki, vətənində əməliyyat olunacaq yarımmüdafiəçi səfərə çıxmazdan öncə kapazpfc.az saytına açıqlama verib: 


“Zədələndiyim üçün təəssüflənirəm, amma neyləmək olar? Bu futboldu, zədələr qaçılmazdı. Daha çox komandama kömək edə bilməyəcəyim üçün məyusam. Texnikam və sürətimlə “Kəpəz”ə kömək etməyə çalışırdım. Rəqib futbolçulardan sıyrılan zaman heç nədən çəkinmirəm, düzdü, bəzən məni kobudluqla dayandırırdılar. Əslində, bu da futbolda normaldı. Yıxmaq da olar, yıxılmaq da”.


Dario Maqnit Rezonans Tomoqrafiyasından keçdikdən sonra meniskindəki zədənin ciddi olduğu üzə çıxıb. Belə də Frederikonun Brazliyada yerli klinikalardan birində əməliyyat olunması daha münasib sayılıb: “MRT müayinəsi heç də xoş olmayan nəticəni üzə çıxardı. Bu vəziyyətdə pis oldum. Ağrılar var, rahat yeriyə bilmirəm. Braziliyada əməliyyat olunacağam, bərpa prosesini də vətənimdə keçirəcəyəm”.


Frederiko “Kəpəz” azarkeşlərinin sevimli futbolçularındandı. “Sarı-göylər”in aparıcı üzvü yola düşərkən fanatlara mesaj göndərməyi də unutmayıb: “Mənə görə narahat olan, dəstək verən bütün azarkeşlərə minnətdaram. Həkimlərin sayəsində tezliklə sağalacağıma ümid edirəm. Ailəmin, dostlarımın və tanrının köməyi ilə bu vəziyyətdən çıxacağam. Azarkeşlər hər şeyin yaxşı olması üçün dua etsinlər, narahat olmasınlar. “Kəpəz”i dəstəkləsinlər, dönüşüm bundan da yaxşı olacaq. Komandamızın uğuru üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mənə çətin günlərdə azarkeşlərlə birgə dayaq duran klub rəhbərliyinə, eləcə də baş məşqçimiz Şahin Diniyevə də sağ ol deyirəm. Zədələndiyim andan mənim yanımda oldular, ehtiyaclarımı qarşıladılar, nə lazımdısa, etdilər”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdonuum-bundan-da-yax-olacaqquot-t45441.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR