Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Naməlum şəxslər Fransanın şimalında qaçqın düşərgəsini yandırıblar.

Trend-in Interfaks agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Kale şəhərində Parisdəki silsilə terror aktlarından sonra törədilib.

Kaledə Afrika və Yaxın Şərq ölkələrindən 6 minə yaxın qaçqın var. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Son məlumatlara görə, 140-dan çox insan ölüb. Baş verənlərə görə məsuliyyəti "İŞİD" terror qruplaşması öz üzərinə götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az