"Report" xəbər verir ki, sərnişinlər "Bitki karantini haqqında" Federal Qanunu pozduqları üçün inzibati məsuliyyətə cəlb ediliblər.
Qanuna görə, karantin altında olan yüksək fitosanitar riskli məhsulların Rusiya ərazisinə gətirilməsi yalnız fitosanitar sertifikat olduqda mümkündür.
Lazımi sənədləri olmayan məhsullar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları tərəfindən "Roşino" hava limanında yandırılaraq məhv edilib.