Bakı, 14 noyabr, AZƏRTAC
Coğrafiya fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında istifadə olunmuş müvafiq test tapşırıqları elmi-metodik baxımdan müzakirə edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırıqları (A variantı, 72-75 saylı, B variantı, 72-75 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
Noyabrın 20-də yeni test tapşırığı nümunələrinin elmi-metodik baxımdan təhlili aparılacaq.