Müğənni Ramal İsrafilov yeniliklərindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Star life" verilişində ünvanına deyilən "tənbəl" sözünə əsəbiləşdiyini bildirib:

"Tənbəl adını üstümdən götürsələr, yaxşı olar. Gecə səhərə kimi yatmıram, mahnı bəstələyirəm. Aygün Kazımova ilə duet hazırlayıram. Ağıllı adam iş gedən yerdə olmalıdır. Davaya baş qoşmamalıdır".

R.İsrafilov mahnılarından da bəhs edib:

"Sevirəm deyirlər, "Bütün mahnıları öz tərzinə oxşayır". Əsas odur ki, deməsinlər mahnıları plagiatdır. Mənim bəstələrim heç bir xarici mahnıya oxşamır. Bəstələrimə qarşı çox qısqancam. Onları kiminsə oğurlamasına imkan da vermərəm. Bir ara hamı mahnımı oğurlamağa çalışırdı".

Qeyd edək ki, A.Kazımova ilə R.İsrafilov bir müddət küsülü olub. Müğənninin "Biletini alma" mahnısını A.Kazımovadan icazəsiz oxuması qarşı tərəfin xoşuna gəlməmişdi.