Müğənni Rüfət Axundov ünvanına deyilən "Səsi yoxdur, oxumasın" sözlərinə cavab verib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Star life" verilişinə açıqlamasında bu sözlərin onu ruhdan salmadığını deyib:

"Mən hamının xoşuna gələ bilmərəm. Hamı səsimə vurğun ola bilməz. Sənətə öz seçimimlə gəlmişəm. Bu gün başqa biznesə də əl atmışam. "Rüfətin səsi yoxdur, oxumasın" sözləri məni ruhdan salmır. Əksinə həvəsləndirir. Daha gözəl oxuyub, özümü sübut etməyə çalışmışam".