Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaq yoldaşının sağlamlığına ağır zərbə vurmaqda təqsirli bilinən Xəyal Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş Ələkbər Kasimovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 23-ə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci ( quldurluq) maddəsi ilə ittiham olunaraq dustaq həyatı yaşayan Xəyal Quliyev cəzaçəkmə müəssisəsinin idman zalında Cinayət Məcəlləsinin 120( adam öldürmə) maddəsi ilə təqsirli bilinərək həbs həyatı yaşayan Ələkbər Kasimova 3 yumruq zərbəsi vuraraq sonuncun sağlamlığına ağır zərbə vurub.