Madrid, 17 noyabr, AZƏRTAC
Madrid şəhər rəhbərliyi paytaxtın mərkəzi küçələrində avtomobillərin dayanmasını qadağan edən qərar imzalayıb. Rəsmilər bu qərarın ətraf mühiti çirklənmədən qorumaq məqsədi daşıdığını deyiblər.
Bundan sonra şəhərin mərkəzində yalnız həmin ərazidə yaşayan sakinlər avtomobil saxlaya biləcəklər. Istisna olaraq xəstəxanaların qarşısındakı dayanacaqlar saxlanılıb.
Qərarın icrasına 1100 nəfər nəqliyyat polisi əməkdaşı nəzarət edir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid