"Report" xəbər verir ki, bu haqda "Turkishny" saytı məlumat yayıb.
Məlumata görə, hər il keçirilən tədbirə bu il rekord sayda insan qatılıb. Xəbərdə bildirilib ki, çoxu amerikalı olmaqla festivala qatılan əcnəbələrin sayı təxminən 10 mini ötüb.
Festivalda Türkiyə ilə yanaşı Azərbaycan, Pakistan, Fəlistin, Ukrayna, Rusiya, Livan və Brazilyanın köşələri açılaraq, milli yemək və geyimləri nümayiş etdirilib.
Tədbirdə Türkiyənin tanınmış sənət adamları çıxış edib.
İki gün davam edən estivala Texas ştatının sakinləri böyük maraq göstərib.


