Antalyada evli qadınların gözəllik yarışması ("Mrs. Top of The World") keçirilib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yarışmanın qalibi 2 uşaq anası, 34 yaşlı bolqar Qalena Dimova olub. O, 5 yaşlı qızıyla kameralara poz verib
21 ölkəni təmsil edən evli qadınlar yerli geyimləri ilə səhnəyə çıxıblar. Daha sonra başqa libasda olan gözəllər rəqs ediblər.



