Təkmilləşdirmə kursunu bitirmiş bir qrup zabitə sertifikatlar təqdim edilib (FOTO)

Təkmilləşdirmə kursunu bitirmiş bir qrup zabitə sertifikatlar təqdim edilib (FOTO)
18:43 29 Dekabr 2014
109 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (SQ TTM) zabitlərin psixoloq ixtisası üzrə təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təxminən 40 gün davam etmiş təkmilləşdirmə kursunun yekununda imtahandan müvəffəqiyyətlə keçmiş dinləyici zabitlərə sertifikatlar verilib. Bacarıqlı mütəxəssislər dinləyicilərə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üçün lazım olan fənlərdən dərslər keçiblər.

Təkmilləşdirmə kursunda təhsil aldığı müddətdə tədris və intizamda fərqləndiyinə görə mayor Fərid Fərəcov birincisi, kapitan Ramilə İbrahimova ikinci, polkovnik-leytenant Mehman Kərimov isə tədris üçüncüsü adına layiq görülüb və onlara Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi adından Fəxri fərman təqdim edilib.

Buraxılış mərasimində çıxış edən polkovnik Nazim Əhmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Silahlı Qüvvələrimizin peşəkarlığının artırılmasında Təlim və Tədris Mərkəzinin mühüm rol oynadığını vurğulayaraq ulu öndərin Vətənin müdafiəçiləri barədə söylədiyi fikirləri səsləndirib: "Bütün peşələr şərəflidir, lakin dövləti, torpağı, Vətəni qorumaq bütün peşələrdən şərəflidir!"

Kurs birincisi mayor F.Fərəcov dinləyicilər adından çıxış edərək psixoloq zabitlərin hazırlanmasında, peşəkarlığının artırılmasında təkmilləşdirmə kursunun böyük əhəmiyyətə malik olduğunu söyləyib, Təlim və Tədris Mərkəzində təhsil aldıqları müddətdə psixoloq zabitlərin nəzəri biliklərə və praktik vərdişlərə yiyələndiklərini və silahdaşları ilə birlikdə qoşunlarımızda döyüş hazırlığının yüksəldilməsi naminə yorulmadan çalışacaqlarını bildirib. O, eyni zamanda psixoloq zabitlərin hazırlanmasında əməyi olan Təlim və Tədris Mərkəzinin kollektivinə zabit yoldaşları adından münnətdarlığını çatdırıb.

Mərasimin sonunda təkmilləşdirmə kursunun dinləyiciləri zabit-müəllim heyəti ilə xatirə şəkli çəkdirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR