Bakı, 24 noyabr, AZƏRTAC
İngilis dili fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə ikinci ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş müvafiq test tapşırıqlarının elmi-metodik baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, seminarda test tapşırıqları (A variantı, 116-125 saylı, B variantı, 102, 105, 113-115, 121-125 saylı) imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil olunub.
İkinci ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ingilis dili fənni üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-metodik baxımdan təhlili başa çatıb. Abituriyentlərin cavab verməyə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalında dərc ediləcək.
Noyabrın 30-da yeni test tapşırığı nümunələrinin müzakirəsi aparılacaq.
