Bakı, 25 noyabr, Nihad Budaqov, AZƏRTAC
Avropa Mərkəzi Bankı (AMB) yeni 20 avroluq əskinazı bu gündən dövriyyəyə buraxır.
AZƏRTAC xəbər verir ki, AMB-nin idarə heyətinin üzvü Yves Mersç deyib: “Nağd pul əvvəllər olduğu kimi hazırda da əhəmiyyətli ödəmə vasitəsidir. Yeni, 20 avroluq əskinazın dövriyyəyə buraxılması isə bunun əyani sübutudur”.
AMB-dən edilən şərhdə, yeni əskinazın tanınmasının holoqram xəttinin üstündə yerləşən və işığa tutduqda şəffaf olan yeni “portret pəncərəsi” texnologiyası ilə daha asan olacağı bildirilib.
50, 100, 200 və 500 avroluq əskinazların da yenı dizaynda buraxılacağı gözlənilir.