Bakı. Səba Ağayeva - Trend:
Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır və bundan sonra da belə olacaq. Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O, ötən gün Bakıda iki polisin öldüyü hadisələrlə əlaqədar başsağlığı verib: "Biz terrorun istənilən forma və təzahürünü pisləyirik".
Bizi Twitter-dən izləyin: @trend_az