"Bloqer və jurnalistəm, həmişə məşhur olmaq istəmişəm. Amma məni məşhurlaşdıran özüm yox, pişiyim oldu. Daha doğrusu, pişiyim özümdən daha məşhurdur".
Yerevanda yaşayan erməni reportyor Ani Hovsepyanın çəpgöz pişiyi Muni indi sosial şəbəkələrdə populyarlaşıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Siam pişiyi cinsindən olan 2 yaşlı Munini Ani küçədə tapmışdı.
"Elə çəpgöz olduğuna görə onu evdə saxladım. Pişik siçan tuta bilmir, bütün günü yatır, yeyir, gəzir", - Ani Hovsepyan deyib.
Maraqlıdır ki, Facebook-un erməni istifadəçiləri arasında Anini tənqid edən ermənilər də az deyil.
Onlar "bu çəpgöz pişik adımızı batırır, erməninin pişiyi çəpgöz olmamalıdır" yazırlar.
Milli.Az








