FIFA referisi Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsində təyinat aldığı oyun açıqlanıb.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc ədalət təmsilçisi dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada "Rapid"lə Belarusun "Dinamo" (Minsk) komandaları arasındakı E qrupundakı qarşılaşmanın baş hakimi olacaq.

"Rapid" (Vyana, Avstriya) - "Dinamo" (Minsk, Belarus)

10 dekabr. Vyana. Ernst Happel stadionu

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

Dördüncü hakim: Mübariz Haşımov

Qeyd edək ki, 5 turdan sonra "Rapid" E qrupunda 12 xalla 2-ci yerdə qərarlaşıb və 1/16 finala vəsiqəni təmin edib. 3 xalla 4-cü pillədəki "Dinamo" isə növbəti mərhələ şanslarını itirib.

Milli.Az