Türkiyənin məşhur serialında öpüş səhnəsi qalmaqalı (VİDEO)

Türkiyənin məşhur serialında öpüş səhnəsi qalmaqalı (VİDEO)
14:51 2 Dekabr 2015
135 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur serialı “Paramparça”da mübahisə düşüb.

ANS PRESS-in məlumatına görə, “Paramparça” serialının baş rollarını ifa edən aktyorlar Nurgül Yeşilçay və Erkan Petekkaya arası soyuyub.

Ssenariyə görə Nurgül Yeşilçay və Erkan Petekkaya dodaq-dodağa öpüşmək məcburiyyətində qalıblar. Lakin aktyor öpüşməyə razı olmayıb. O, Türkan Şoray kimi onun da qayda qanunlarının olduğunu deyib.

“Mənim də Türkan Şoray kimi qanunlarım var seriallarda öpüşmərəm, sevişmərəm. Çünki o səhnələri Anadolu xalqı da izləyir" deyib.

Nurgül Yeşilçay isə səhnənin vacib olduğunu dəyərək israr edib. Aktyor aktrisanın üstünə qışqıraraq "sən də çox həvəslisən öpüşməyə" deyib və çəkiliş meydançasını tərk edib.


"Paramparça" serialının 43-bölümünün anonsu


Nurgül Yeşilçay 2004-ci ildə gizli nikahla Cem Özərlə ailə qurub. 6 il evlilikdən sonra cütlük boşanıb. "Adana Altın Koza Film Festivali" tərəfindən ilin ən yaxşı qadını mükafatına layiq görülüb. Azərbaycanda sevilən "Ezo gəlin" serialının baş qəhrəmanı olub.

Erkan Petekkaya 2003-ci ildən Didem Petekkya ilə evlidir. Onların 1 övladı var.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR