ATGTİ ilə Azərbaycan-Polşa Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

ATGTİ ilə Azərbaycan-Polşa Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
14:58 2 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Polşanın “Parnas” təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan-Şərqin Avropa cazibəsi” layihəsi çərçivəsində Bakıda səfərdə olan Varşava Universitetinin professoru Lukas Qolota və Polşa-Azərbaycan Assosiasiyasının sədri David Sesuda ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində görüş keçirilib.
Görüşdə ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayilov, təşkilatın İcra Aparatının nümayəndələri və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Toğrul Məmmədli iştirak ediblər.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Polşa gənclərinin əlaqələrinin genişləndirilməsi, birgə əməkdaşlığın, layihələrin həyata keçirilməsi, iki ölkə arasında tələbə mübadiləsinin formalaşdırılması məsələləri müzakirə olunub.
Görüşdə ATGTİ ilə Azərbaycan-Polşa Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Həmçinin ATGTİ ilə Varşava Universiteti arasında təcrübə mübadiləsi aparılıb və gələcəkdə icra ediləcək birgə layihələrə dair bir sıra təkliflər irəli sürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ATGTI_ile_Azerbaycan_Polsa_Assosiasiyasi_arasinda_emekdasliq_memorandumu_imzalanib-907531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR