Bakı. 2 dekabr. REPORT.AZ/ "Rusiyadan Türkiyəyə gedənlərin sayı 5-6 milyon civarında azalacaq".
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, Rusiyadan Türkiyəyə sərnişin axını ciddi şəkildə azalacaq: "Təyyarələrimiz çarter reysləri ilə təxminən 5-6 milyon sərnişin daşıyırdı".