Cəlilabadda ana ölümü

Cəlilabadda ana ölümü
17:11 2 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda ana doğuş zamanı dünyasını dəyişib. Şəhər sakini 33 yaşlı Xanım Yusifova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı yolu ilə oğlan uşağı dünyaya gətirəndən az sonra halı qəfildən pisləşib.


Doğulan körpə

ANS PRESS-in xəbərinə görə, qadının vəziyyəti ağırlaşdığından doğuşun səhərisi paytaxtdan ixtisaslı həkim briqadası dəvət edilib və gənc ana həkimlərin müşayəti ilə respublika kliniki xəstəxanasına çatdırılıb.Amma xəstəxanada göstərilən intensiv yardımlara baxmayaraq, həkimlər Xanım Yusifovanın həyatını xilas edə bilməyib. Mərhumun yaxınları qadının ölümündə doğum şöbəsinin həkimlərini günahlandırırlar.

Cəlilabad rayon mərkəzi xəstəxanasından ANS PRESS-ə bildirildi ki, qeysəriyyə əməliyyatından sonra Xanım Yusifovada qan laxtalanmasında problem yaranıb və güclü qanaxma baş verib .


Xanım Yusifova- ölən ana

Ölümün baş verməsinin dəqiq səbəbləri isə səhiyyə nazirliyi tərəfindən aparılan tibbi ekspertiza nəticəsində bəlli olacaq. Bildirək ki, bu gənc ananın ilk doğuşu olub.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR