“Expressbank” “Tarif 0%“ adlı aksiya keçirir

“Expressbank” “Tarif 0%“ adlı aksiya keçirir
03:28 3 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
“Expressbank” Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Tarif 0%“ adlı aksiya keçirir.
Bankdan AZƏRTAC-a bildirilib ki, aksiyanın şərtlərinə uyğun olaraq filiallardan bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.
Qeyd edək ki, “Expressbank” mütəmadi olaraq Zolotaya Korona təcili pul köçürmə sistemi ilə müxtəlif aksiyalar təşkil edir. “Hədiyyəli pul köçürmələr” adlı aksiya çərçivəsində müştərilər planşet və smartfonlar qazanıblar. Pul göndərən və ya alan müştərilərə Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR