“Baku Fires” yeni mövsüm üçün belaruslu boksçunu yenidən sifariş edib

11:13 3 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
İsveçrənin Lozanna şəhərində Dünya Boks Seriyasının (WSB) yeni mövsümünün draftı (boksçu alışı) keçirilib. “Baku Fires” yeni mövsüm üçün belaruslu Mixail Dolqolivetsi (81 kq) yenidən sifariş edib.
AZƏRTAC xəbər ki, “USA Knockouts”, “Puerto Rico Hurricanes” və “Venezuela Caciques” klubları yeni boksçu alışında daha fəal iştirak ediblər.
WSB-nin baş direktoru Kərim Bouzidi yeni mövsümü səbirsizliklə gözlədiyini deyib. Bildirib ki, altıncı çempionat da əvvəlkilər kimi maraqlı olacaq. Yanvarda başlayacaq mövsümdə bir sıra yeni boksçular görəcəyik. Liqaya yeni komandaların cəlb olunması boksun bir idman növü kimi populyarlaşmasına xidmət göstərir.
Tədbiri açıq elan edən Beynəlxalq Boks Federasiyasının (AİBA) WSB komissiyasının sədri Franko Falçinelli debütantlar Özbəkistan və Türkiyə klublarını salamlayıb.
İspaniyalı Damian Biaço “British Lionhearts” komandası tərəfindən draftda alınan ilk boksçu olub. Britaniya komandası bundan başqa, Avropa çempionatının bürünc mükafatçısı Peter Belberov, “Strandja” turnirinin qalibi Radoslav Pantelyev və macarıstanlı Zoltan Harskanı transfer edib.
Əsas gözlənilməz transferlərdən biri ABŞ klubunun Filip Hrqoviçi ələ keçirməsi olub. Xorvatiyalı boksçu ötən mövsüm “Astana Arlans”ın heyətində bütün görüşlərdə qalib gələrək, “Rio-2016” Olimpiadasına vəsiqə qazanıb.
“Rafako Hussars Poland” komandası Olimpiya Oyunlarının bürünc mükafatçısı irlandiyalı Patrik Barnsla anlaşıb.
On altı komandanın iştirak edəcəyi WSB liqasının yeni mövsümü yanvarda start götürəcək. Qeyd edək ki, draftda ölkəmizi “Baku Fires”in baş direktoru Rizvan Gənciyev təmsil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_yeni_movsum_uchun_belaruslu_bokschunu_yeniden_sifaris_edib-907765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR