143 müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində

143 müəllim "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində
12:49 3 Dekabr 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin təşkil etdiyi “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri davam edir.

 Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il keçirilən müsabiqədə iştirak üçün 110 ümumtəhsil məktəbi,  600 müəllim Təşkilat Komitəsinə müraciət edib.

Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Nazirliyin müvafiq struktur bölmə rəhbərləri təmsil olunur.

Artıq müsabiqələrin ilk mərhələsində verilmiş sənədlərin ekspertizası həyata keçirilib,  nəticədə müvafiq bal toplamış 76 məktəb və 143 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb.

Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 47 məktəb və 95 müəllim müsabiqənin qalibi elan olunacaq.

Xatırladaq ki, analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 3 ən yaxşı məktəb və 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2015-ci ildə respublika üzrə  50 məktəb, 100 müəllim qalib elan olunacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR