Bakıda “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı sərgi açılacaq

Bakıda “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı sərgi açılacaq
14:03 3 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Afaq Hüseynovanın “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı fərdi sərgisi açılacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən müəllif bildirib ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı və Yaradıcı Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. A.Hüseynova qeyd edib ki, sərgidə nümayiş olunacaq 100-dək sənət əsəri 16 illik zəhmətinin bəhrəsidir. “Nümayiş olunacaq əsərlərdə təbiət, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Həmçinin sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid olan əsərlər nümayiş olunacaq. Bununla yanaşı, sərgiyə təqdim olunan rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu mövzular da yer alıb”, - deyə müəllif bildirib.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Yaradici_Qadinlar_Assosiasiyasi_Yeni_ilde_adli_sergi_achilacaq-907843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR