Siyavuş Novruzov: "1000-dək gənc ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak edir"

Siyavuş Novruzov: "1000-dək gənc ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak edir"
12:49 4 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisdə (MM) "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədriSiyavuş Novruzov qanun layihəsinin qəbulunun vacib olduğunu bildirib.

 

Azərbaycanda dini modelin ən düzgün dini model olduğunu söyləyən S. Novruzov deyib ki, Azərbaycanda dövlət həmişə dinin yanında olub və yanındadır: “Başqa ölkələr bu sahədə bizə qibtə edə bilər. Lakin bəzi hallarda görürük ki, dini pərdə altında bəzi dövlətlərin ideologiyaları Azərbaycana ixrac olunmaqdadır. Qanunun əsas məqsədi bu ideologiya ixracının qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır. Əvvəllər insan hüquqları adı altında müxtəlif ölkələrdə məkrli niyyətlər həyata keçirməyə çalışıblar. İndi isə bəziləri din pərdəsi altında bunu həyata keçirməyə çalışırlar. Bu qanunla belə hərəkətlərinin qarşısını almağa çalışırıq”.

 

S. Novruzov qeyd edib ki, belə bir qanun xeyli əvvəldən qəbul edilməliydi: "Xaricdə oxuyanlardan bəziləri sonradan Azərbaycana qayıdıb dini ekstremizmlə məşğul olurlar. Belə halların qarşısı alınmalıdır".

 

S. Novruzov Azərbaycanda 1000-dək gəncin xaricdə ayrı-ayrı ekstremist qruplaşmalarda iştirak etdiyini də açıqlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR