Nardaranın mərkəzi küçə və meydanlarında “web-kamera”lar quraşdırılır

Nardaranın mərkəzi küçə və meydanlarında “web-kamera”lar quraşdırılır
13:19 4 Dekabr 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsinin mərkəzi küçələrində və meydanlarında “web-kamera”lar quraşdırılır.

APA-nın məlumatına görə, hazırda qəsəbədə tikinti-yenidənqurma işləri aparılır, qəsəbənin mərkəzindəki parkda təmir-bərpa işləri görülür, park genişləndirilir.

 

Həyətlərdə su sayğacları quraşdırılır.

 

Hazırda qəsəbənin giriş-çıxış yollarına və mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.

 

Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur.

 

Ticarət və iaşə obyektləri açıqdır.

 

Qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.

 






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR