Azərbaycanın “EKSPO 2017” sərgisində rəsmi təmsil olunması barədə bu gün saziş imzalanacaq

Azərbaycanın “EKSPO 2017” sərgisində rəsmi təmsil olunması barədə bu gün saziş imzalanacaq
13:33 4 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Nihad Budaqov, AZƏRTAC
Azərbaycanın Astanada keçiriləcək “EKSPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq Sərgisində rəsmi təmsil olunması barədə bu gün iki ölkə arasında saziş imzalanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 4-də Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclasının yekunları ilə bağlı mətbuat konfransında komissiyanın Azərbaycan tərəfindən həmsədri energetika naziri Natiq Əliyev məlumat verib. Nazir deyib: "Azərbaycanın “EKSPO 2017" sərgisində iştirakı ilə bağlı mühüm işlər görülüb. Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri kimi mən Prezident İlham Əliyevin müvafiq göstərişi ilə respublikamızı “EKSPO 2017” sərgisində təmsil edəcək milli komissar təyin edilmişəm. Ümid edirəm Azərbaycanın bu sərgidə iştirakı ölkəmiz üçün uğurlu olacaq".

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_EKSPO_2017_sergisinde_resmi_temsil_olunmasi_barede_bu_gun_sazis_imzalanacaq-908215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR