Xəzərdə gəmilər limanlara yaxınlaşa bilməyəcək

Xəzərdə gəmilər limanlara yaxınlaşa bilməyəcək
17:12 4 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Son 10 ildə Xəzər dənizində suyun səviyyəsi 1,2 metr azalıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasi Coğrafiya İnstututunun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, son 7-8 il ərzində Xəzər dənizinin suyunun azalması prosesi davamlı olaraq müşahidə edilir.

R.Məmmədov bildirib ki, azalma dənizə axan Volqa çayının suyunun azalması səbəbindən baş verir. Azalmanın hansı müddətədək davam edəcəyi barədə isə dəqiq proqnoz vermək mümkün deyil.

İnstitut direktoru əlavə edib ki, dəniz suyunun səviyyəsinin azalması sahildəki hidrotexniki qurğuların, limanların fəaliyyəti üçün problem yaradacaq:

"Məsələn, gəmilərin limanlara yan alması, onlar üçün düzəldilmiş hidrotexniki qurğulara yaxınlaşması çətinləşəcək. Bu problem özünü elə indi də göstərə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR