Qəbələdə “Narkomaniyaya yox deyirik” mövzusunda rəsm sərgisi açılıb

Qəbələdə “Narkomaniyaya yox deyirik” mövzusunda rəsm sərgisi açılıb
19:13 4 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 4 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələdə gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması və narkomaniya ilə mübarizə məqsədilə müxtəlif mövzularda tədbirlər təşkil edilir.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyirik” mövzusunda keçirilən rəsm sərgisi yerli sakinlərin marağına səbəb olub. Qəbələ Dövlət Rəsm Qalereyasında təşkil olunan sərgidə 30-a yaxın uşaq, yeniyetmə və gəncin əl işləri nümayiş etdirilir.
Məlumat verilib ki, 10 gün davam edəcək sərgidə “Narkomaniyaya yox deyirik” mövzusunda Qəbələdə keçirilən rəsm müsabiqəsinin iştirakçılarının əl işləri sərgilənir.
Sərginin açılış mərasimində müsabiqədə ilk 3 yeri tutan istedadlı rəssamlara diplomlar təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelede_Narkomaniyaya_yox_deyirik_movzusunda_resm_sergisi_achilib-908407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR