Moskva Yeni il ərəfəsində

Moskva Yeni il ərəfəsində
23:53 4 Dekabr 2015
98 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 4 dekabr, AZƏRTAC 
Rusiyanın paytaxtı Moskva Yeni ili və Milad bayramını qarşılamağa hazırlaşır. Dekabrın 18-dən yanvarın 10-dək şəhərin 38 meydançasında “Milad bayramına səyahət” festivalı keçiriləcək. Artıq dekabrın əvvəlindən Moskva küçələrində bayram yolkaları quraşdırılıb, Milad yarmarkaları və əyləncə meydançaları açılıb, müsabiqələr və konsertlər təşkil olunur. Proqnozlara əsasən, bu il Moskva Yeni il bayramı ərəfəsində Rusiyada ən çox turist qəbul edən şəhər olacaq.
Axşamlar şəhərin mərkəzindəki Tverskoy küçəsində yerləşən Mərkəzi Teleqraf binasının fasadında quraşdırılmış böyük monitorda məşhur cizgi filmlərinin personajlarının qumdan çəkilmiş şəkilləri nümayiş etdirilir. Meydan və bulvarlarda nağıl komaları qurulub, Milad bazarlarında xalq sənəti nümunələri satılır.
Şəhərin bir çox parklarında buz meydançaları salınıb. Hər axşam Moskvanın mərkəzində sirk ustaları çıxış edirlər. Moskva Yeni ərəfəsində həmişəkindən daha füsunkar görünür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva







Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_Yeni_il_erefesinde-908477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR