Naxçıvan şəhərində keçirilən əmək yarmarkasına 466 boş iş yeri çıxarılıb

Naxçıvan şəhərində keçirilən əmək yarmarkasına 466 boş iş yeri çıxarılıb
12:03 5 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 5 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində növbəti əmək yarmarkası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əmək yarmarkasında şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov tədbirin əhəmiyyəti barədə danışıblar.
Bildirilib ki, şəhərdə fəaliyyət göstərən dövlət təşkilatları və özəl müəssisələrdəki vakant iş yerlərinin qeydiyyatı aparılıb, yarmarkaya 47 təşkilatdan 466 boş iş yeri çıxarılıb. Çıxış edənlər muxtar respublikada, eləcə də Naxçıvan şəhərində əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən də söz açaraq, bu işlərin əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynadığını qeyd ediblər.
Məlumat verilib ki, ötən il Naxçıvan şəhərində keçirilən əmək yarmarkalarında 205 nəfər sakin müxtəlif işlərə göndəriş alıb.
Sonra işaxtaran vətəndaşlar yarmarkada onlara təqdim olunan iş yerləri ilə tanış oldular.
Tədbirdə 20 nəfərə işə göndəriş verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_seherinde_kechirilen_emek_yarmarkasina_466_bos_is_yeri_chixarilib-908526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR