11 sentyabr terroru təkrarlana bilər

11 sentyabr terroru təkrarlana bilər
09:05 6 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması Liviyada yerləşən bazasında pilotlar hazırlamağa başlayıb. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Fox News" telekanalı məlumat yayıb.  

Məlumata görə, İŞİD Liviyada prezident Müəmmar Qəddafi devrildikdən sonra azı bir aviasiya trenajoru və bir neçə kiçik mühərrikli təyyarə ələ keçirib. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Erik Berkhart  "Fox News"un efirində bildirib ki, bu 2001-ci il 11 sentyabr terror aktlarına bənzər hücumların təkrar törədilə biləcəyi təhlükəsi yaradır.   

İsrail hərbi kəşfiyyatın keçmiş əməkdaşı, İsrail baş nazirinin sabiq müşaviri Jak Neria hesab edir ki, terror aktları törətmək üçün silahlılara  təyyarənin idarə edilməsinə dair baza biliklərinə yiyələnmək kifayətdir: "Söhbət təyyarəni səmaya qaldıraraq, məsələn, Vatikana hücum etmək üçün pilotların baza, elementar biliklərindən gedir. Liviyadan Romaya təyyarə ilə cəmi 90 dəqiqəlik yoldur", - deyə mütəxəssis "Fox News"a bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR