Cüdo üzrə “Böyük dəbilqə” yarışında Azərbaycan milli komandası 1 medal qazanıb

Cüdo üzrə “Böyük dəbilqə” yarışında Azərbaycan milli komandası 1 medal qazanıb
15:42 6 Dekabr 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 dekabr. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” yarışında Azərbaycan milli komandası 1 medal qazanıb. "Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bürünc medala sahib olub.
Qasımov ilk görüşündə tatami sahibi Aaron Volfu məğlub edib. Növbəti qarşılaşmalarda o, almaniyalı Dino Pfeyffer və kubalı Joz Armenter üzərində qələbə qazansa da, yarımfinalda yaponiyalı dünya çempionu Haqa Rinosukeyə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Qasımov bu mərhələdə Qazaxıstan təmsilçisi Maksim Rakova qalib gəlib və “Böyük dəbilqə”nin bürünc medalını qazanıb.
Azərbaycanın digər təmsilçi Elxan Məmmədov isə erkən məğlub olaraq mükafatçılar sırasına düşə bilməyib.
Beləliklə, yarışa cəmi iki cüdoçu ilə qatilan milli komandamız Yaponiyada medal sevinci yaşamağı bacarıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/cudo-uzre-boyuk-debilqe-yarisinda-azerbaycan-milli-komandasi-1-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR