Əsgər Abdullayev: "Neftçi" adına layiq olan yerdə deyil"

"Neftçi" - "Zirə" (1:1) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Əsgər Abdullayevin mətbuat konfransı keçirilib.

Abdullayev qələbə qazanmaq istədiklərini, ancaq nəticənin istədikləri kimi olmadığını bildirib:

"Faciədə həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Oyuna gəldikdə, əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma nəticə istədiyimiz kimi alınmadı və 1 xalla kifayətlənməli olduq. Qol buraxmayan, məğlub olmayan komanda yoxdur. Bu gün qol buraxdıq və bu bizə imkan yaradacaq ki, səhvlərimizi araşdırıb aradan qaldıraq. Kubokda qazanılan qələbə bizi rahatlaşdıra bilməz. Nə etmişik ki rahatlaşaq? “Neftçi” adına layiq olan yerdə deyil. Bu komanda üçün həmişə 2-ci, 3-cü yerlər faciə, 1-ci pillə isə adi hal kimi qəbul olunub".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR