Dəmir yolunun sərhəd-keçid məntəqəsində məlumat mübadiləsi elektron formada həyata keçiriləcək

Dəmir yolunun sərhəd-keçid məntəqəsində məlumat mübadiləsi elektron formada həyata keçiriləcək
11:13 7 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dəmir yolunun sərhəd-keçid məntəqəsində məlumat mübadiləsi elektron formada həyata keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a verilən məlumata görə “Dəmir yolu nəqliyyatı vasitəsilə Gömrük İttifaqına üzv dövlətləri arasında daşınan yüklər haqqında məlumatların qarşı tərəfin gömrük orqanlarına məcburi olaraq qabaqcadan ötürülməsi haqqında” Avrasiya İqtisadi Komissiyasının 196 saylı 17 sentyabr 2013-cü il tarixli qərarının və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası komissiyasının 14-cü iclasının protokol layihəsinə uyğun olaraq, İşçi qrupu ekspetlərinin iclasının qərarlarının yerinə yetirmək məqsədilə 12 sentyabr 2014-cü il tarixində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC Məlumat- Hesablama Mərkəzinin nümayəndələri arasında görüş keçirilmişdi.
MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 21-22 oktyabr 2014-cü il Bakıda cağırılan 61-ci “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC rəhbərləri arasında məlumat mübadiləsi haqqında Saziş imzalanmışdı.
Məlumat Hesablama Mərkəzi öz növbəsində uyğun proqram təminatı işləyib hazırlayıb və hal-hazırda proqram təminatı Yalama stansiyasında təcrübi istismara verilib.
Layıhəyə uyğun olaraq yaxın zamanlarda şimal sərhədində qatar mübadiləsi zamanı yük vaqonlarının qaimələri qarşı tərəfə elektron formada təqdim olunacaq.
Gələcəkdə bu proqram təminatının bütün stansiyalar üzrə istismarının təmin edilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Demir_yolunun_serhed_kechid_menteqesinde_melumat_mubadilesi_elektron_formada_heyata_kechirilecek-908808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR