Obama xalqına müraciət etdi

Obama xalqına müraciət etdi
11:16 7 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama xalqa müraciətində dünyada terrorizmlə mübarizə üçün 4 əsas istiqaməti açıqlayıb.

ANS PRESS-in məlumatına görə Obama qeyd edib ki, ilk addım gələcəkdə də Suriya və İraq ərazisində İŞİD liderlərinə və döyüşçülərinə aviazərbələrin endirilməsinin davam etdirilməsidir.

İkinci addım İrak və Suriyanın silahlı qüvvələrinin terroristlərlə mübarizədə ABŞ tərəfindən dəstəklənməsini nəzərdə tutur.
"Biz İŞİD-lə mübarizə aparacaq on minlərlə irak və suriyalını hazırlamağa və onlara silahlandırmağa davam edəcəyik."-deyə Obama əlavə edib.

Fransa və digər müttəfiqləri ilə birlikdə ABŞ İŞİD-lə birgə mübarizə sahəsində əməkdaşlığı davam etdirəcək.

Suriyada böhranın siyasi həlli bütün ölkələrə terrorist qruplarla mübarizədə birləşməyə kömək edəcək. Bu 4-cü addımdır.

"Bu Suriya xalqına , eyni zamanda bizim müttəfiqlər də daxil olmaqla istənilən ölkəyə , həmçinin Rusiya kimi ölkələrə bir məqsəd üçün - İŞİD-in məhv edilməsi istiqamətində birləşməyə imkan verəcək."-deyə Obama qeyd edib.

ABŞ prezidenti onu da əlavə edib ki, İŞİD-in İslamla əlaqəsi yoxdur.

"İŞİD-çilər müsəlman deyillər, onlar cinayətkardırlar. İslam ictimaiyyəti və müsəlman ölkələri bizə dəstək olmalıdırlar, üz döndərməməlidirlər."-deyə Obama əlavə edib.

Bununla yanaşı o qeyd edib ki, radikal qruplaşmaların çoxu islam vasitəsi ilə meydana çıxır.

Bir müddət əvvəl isə ABŞ prezidenti Barak Obamanın xalqa müraciətində amerikalılar üçün terror təhlükəsinin olmadığını qeyd edəcəyi gözlənilirdi.


İŞİD silahlıları

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366622

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR