Müdafiə Nazirliyi: Atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub

09:52 30 Dekabr 2014
63 Sosial
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 09:44 ]

Bakı-APACəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Şuraabad, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR