Bazar günü Azərbaycan yollarında baş vermiş qəzalarda 7 nəfər həyatını itirib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bazar günü respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən 7 nəfərdən başqa 9 nəfər yaralanıb.
Qeyd edək ki, ən ağır qəza Biləsuvarda qeydə alınıb. “VAZ”ın benzindaşıyan avtomobilə çırpılması nəticəsində bir ailənin üzvü olan 4 nəfər həyatını itirib.