Bankın 2014-cü ildə kredit xərclərinin bir sıra böyük korporativ müştərilərin ödənişlə bağlı problemləri səbəbindən 7,2%-ə yüksəldiyini bildirən Agentlik, nəticədə "Pasha Bank"ın 2,7 mln. manat zərər etdiyini vurğulayıb. "Standard & Poor's" 2015-2016-cı illərdə də "Pasha Bank" ASC-nin kredit xərclərinin 6-8% olacağını və böyük ehtimalla zərərlə işləyəcəyini proqnozlaşdırır.
Bankın 20 ən iri kredit müqaviləsinin həcminin məcmu kreditlərin 62%-nə bərabər olduğunu bildirən Agentlik, bu məbləğin kapitalın 108%-nə bərabər olduğunu qeyd edir. Agentlik perspektivdə Bankın aktivlərinin keyfiyyətinin pisləşməsinin gözlənilməsi səbəbindən reytinqin azaldılacağını istisna etmir.