Masallıda yunan-Roma güləşi üzrə ənənəvi respublika turniri başa çatıb

Masallıda yunan-Roma güləşi üzrə ənənəvi respublika turniri başa çatıb
18:23 7 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Taekvondo Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar Məşqçi, SSRİ–nin idman ustası Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında ənənəvi respublika turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və həyata keçirilən layihələrdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan söhbət açaraq, turnirin qaliblərinə yeni-yeni qələbə sevincləri arzulayıblar.
İki gün davam yarışda respublikamızın uşaq-gənclər idman məktəblərini, idman cəmiyyətlərini və idman klublarını təmsil edən 17 komanda qələbə uğrunda mübarizə aparıb.
Turnirin qaliblərinə diplomlar, medallar və qiymətli hədiyyələr verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_yunan_Roma_gulesi_uzre_enenevi_respublika_turniri_basa_chatib-909028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR